Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı » Gecce.Az Xəbər Portalı
Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı


Yol hərəkəti qaydalarını kobud şəkildə pozan 11 nömrəli marşrut avtobusunun sürücüsü işdən azad olunub.


Gecce.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, bu gün quruma 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.

Müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

Həmin görüntü əsasında araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qayadalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort