“Müəlliməni zorla qaçırmayıblar...” - Təhsil Şöbəsindən açıqlama

“Müəlliməni zorla qaçırmayıblar...” - Təhsil Şöbəsindən açıqlama


Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

Gecce.az APA-ya istinadən xəbər verir ki, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

Modern.az saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.

Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.

“Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?! Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?! Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kanaldan meyit tapıldı

18.10.2018 / 15:00
 
Xəbər lenti
                                                           
ankara escort