Avtomobil qəzası qanlı davaya çevirildi - Ölən var

Avtomobil qəzası qanlı davaya çevirildi - Ölən var


Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb.

Hadisədən sonra Q. Məmmədov qaçıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"