Şəmkir sakini özünü bıçaqladı

Şəmkir sakini özünü bıçaqladı


Şəmkirdə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib.

Gecce.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti