35 yaşlı kişi özünü yandırdı

35 yaşlı kişi özünü yandırdı


Ağdaş rayonunda intihara cəhd edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

Rayonun Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə zamanı H.Söhbətovun baş və üz nahiyəsi, əlləri yanıb.

Yaxınlıqdakı insanların köməkliyi ilə yanğın söndürülüb və xəsarət alan şəxs təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"