Bakıdakı səs-küylü toydakı gəlin tanınmış məmurun qohumudur

Bakıdakı səs-küylü toydakı gəlin tanınmış məmurun qohumudur


Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

Bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi hər kəsə maraqlı olub.

Əldə etdiyimiz məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atasının Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibəsi olduğunu yazıb.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort