21 yaşlı qız taksi sürücüsü tərəfindən döyüldü

21 yaşlı qız taksi sürücüsü tərəfindən döyüldü


Hadisə yanvar ayının 12-də Nərimanov rayonunda baş verib.

“Ölkə.Az”-ın xəbərinə görə, 1997-ci il təvəllüdlü Elnarə Nurəddin qızı Həsənova Nərimanov RPİ-nin 18-ci polis bölməsinə müraciət edərək bildirib ki, tanımadığı taksi sürücüsü tərəfindən zorakılığa məruz qalıb.

Belə ki, müştəri kimi taksiyə əyləşib və ünvana çatdırmağı xahiş edib.

Ancaq yolda taksi sürücüsü ona nalayiq təkliflər edib.

Bu zaman E.Həsənova taksi sürücündən maşını saxlamağı xahiş edib. Avtomobili saxlayan taksi sürücüsü qıza müxtəlif bədən xəsarətləri yetirib.

Hazırda qızı döyən taksi sürücüsünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort