132 nömrəli avtobusların hərəkət sxemi dəyişdirilib

132 nömrəli avtobusların hərəkət sxemi dəyişdirilib


132 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət sxemində dəyişiklik edilib.


Gecce.az Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, buna səbəb 175 nömrəli marşrut xətti üzrə avtobusların Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcək olmalarıdır. Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. “Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti

Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video 11:20 Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video