Baxçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - Açıqlama

Baxçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - Açıqlama


Regionlarda, xüsusən də ucqar kəndlərdə yaşayan istehsalçıların əsas problemi məhsulunu satacaq bazarı tapmaqla bağlı idi. Lakin bu çətinlik Ərzaq məhsullarının tədarükü və təchizatı ASC-nin yaradılması ilə öz həllini tapmış oldu. Kiçik və orta sahibkarlığa təkan verən cəmiyyətin əsas vəzifələrindən biri regionlarda istehsal olunan məhsulların bazar problemini həll etməkdir. Səhmdar cəmiyyət regionlarda yetişən məhsulları istehsalçının qapısında çox əlverişli bazar qiymətləri ilə alır.


ARB TV-nin “Günə doğru” proqramı mövzuyla əlaqəli süjet hazırlayıb.

1700-ə yaxın dövlət təşkilatlarının ərzaq təminatını öz üzərlərinə götürən cəmiyyət tərəfindən məhsullar alındıqdan sonra anbarlara gətirilir və çeşidlənir. Qablaşdırılaraq gigiyena qaydalarına uyğun olaraq soyuducu anbarlarda saxlanılır.

Nicat Nəsirli - Ərzaq məhsullarının tədarükü və təchizatı ASC-nin ictimaiətlə əlaqələr şöbəsinin müdiri: “12 regional bölmə yaradıldı. Bakı da daxil olmaqla bütün reqionlarda bizim 20 min ton həcmində soyuducu ambarlarımız var. Ambardakılar qrafik üzrə ya daxili bazara ya dakı təchizata yönləndirilir”.

Bununla da təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr və digər dövlət obyektlərin ərzaqla təmin edilməsi asanlaşdı.

Rəna Nemətova - Bağça müdiri: “ Ərzaq məhsulları təzə şəklində gələrək uşaqlra çatdırılır. Uşaqlara vitaminlə zəngin olan məhsullar da verilir. Biz standarta uyğun şəkildə ərzaqları saxlayırıq”.

Ərzaq məhsullarına cəmiyyət müəssisələrə çatdırılana qədər cavabdehlik daşıyır.

Fermerlərin işini asanlaşdırmaq üçün “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı da istifadəyə verilib. Bura həm istehsalçılar, eyni zamanda ərzaq məhsulılarına tələbatı olan dövlət qurumları elektron qaydada heç bir yerə müraciət etmədən həmin elektron porta daxil olaraq təkliflərini yerləşdirə bilərlər.



AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti