Akif Çovdarov zəhərlənməkdən ehtiyat edir

Akif Çovdarov zəhərlənməkdən ehtiyat edir


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarov müəmmalı şəkildə həyatla vidalaşmaqdan qorxur.

Gecce.az xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Sayt bildirir ki, A. Çovdarov saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında son dərəcə ehtiyatlı davranış sərgiləyir. Kimsəylə əl verib görüşmür, ünsiyyətdən belə qaçır. İddiaya görə, Akif Çovdarov zəhərlənməkdən çəkinir. Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə etiraz etməsi də bununla bağlı olub.

Sayt yazır ki, Akif Çovdarovun eyni aqibəti bölüşmək istəmədiyi İlqar Əliyev və Hacı Məmmədov təcridxanada müəmmalı şəkildə dünyalarını dəyişib.

“Bir müddət əvvəl Akif Çovdarovdan Eldar Mahmudova qarşı ifadə alındığı, arestant generalın sabiq nazirin üzünə dayandığı haqda xəbərlər yayılmışdı. Lakin az keçmədi ki, A.Çovdarov yenə də vəkili vasitəsilə deyilənlərə münasibət bildirdi. Sitat: “Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib””.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video

19.01.2018 / 11:20
 
Xəbər lenti
 
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video 11:20 Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video