Həyat yoldaşı küsdüyü üçün intihara cəhd etdi

Həyat yoldaşı küsdüyü üçün intihara cəhd etdi


Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir.

Gecce.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.

***

İntihara cəhdin qarşısı alınıb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub. Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort