Röyanın keçmiş əri istintaqa ifadə verdi

Röyanın keçmiş əri istintaqa ifadə verdi


"Çudo Peçka"nın həbsdə olan sahibi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları Anar, Teymur, Asim atalarının cinayət işində şahid qismində dindiriliblər.

Istintaqa ifadə verən Anar Cəlilov deyib ki, heç bir yerdə işləmir: "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub. 2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də onunla razılaşdım, bundan sonra həmin bankın "MUM"un yanında yerləşən baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı dəqiq bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün hazırlanan sənədlər idi. Amma kredit üzrə ayrılan pulu mən götürməmişəm".

Ç.Cəlilovun digər oğlu Teymur Cəlilov öz ifadəsində qardaşı Anar Cəlilovla eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Onların Hüseyn adlı bir oğlu var. Cütlük 2014-cü ildə boşanıb.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti