"Bizi efirə çıxarıb reytinq yığandan sonra qadın sığınacağına göndərir" - Xoşqədəmdən NARAZILIQ

"Bizi efirə çıxarıb reytinq yığandan sonra qadın sığınacağına göndərir" - Xoşqədəmdən NARAZILIQ


Zülfüqarova Könül Müttəfiq qızı redaksiyamıza müraciət edərək Xoşqədəm Hidayətqızından narazılığını ifadə edib. Belə ki, o məişət probleminin həlli üçün Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət etsə də həllinə biganə yanaşıldığını, onun isə qadın sığınacağına yerləşdirildiyini bildirib.

Könül Zülfüqarov saytımıza bildirib ki, Rusiya vətəndaşı ilə ailə həyatı qurandan sonra bir övladı dünyaya gəlib. Lakin ailə izdivacı pozulduqdan sonra həyat yoldaşı övladını əlindən alıb, Rusiyaya aparıb: "Xoşqədəm Hidayətqızı mənim bu problemimi həll edəcəyini söz versə də, bu vədinə əməl etmədi", deyə o əlavə edib.

Həmçinin o qeyd edib ki, onun sonrakı aqibəti ilə heç kim maraqlanmayıb, onun timsalında bir neçə qadın da müraciət edərək sığınacaqlara yerləşdirilib və problemlərinə baxılmır.

BiG.AZ-a açıqlama verən "Səni Axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, o xanımın məsələsi davam edir. Onun işinə ayrıca vəkil ayrılıb. Bu günlərdə də onun işi üçün Moskvaya gediləcək. Rusiya vətəndaşı olduğu üçün uzun və çətin bir prosesdir. Hal-hazırda Rusiyada onun kimi onlarla qadının işini aparırıq. Həmçinin onu da qeyd edim ki, sözügedən xanımın özünə də işinin aparılması ilə bağlı məlumat verilib".

"Bizi efirə çıxarıb reytinq yığandan sonra qadın sığınacağına göndərir" - Xoşqədəmdən NARAZILIQ


Qadınların uzaq bölgələrdən Bakıya gətirilərək onların məişət problemlərini işıqlandırmaq, sonra onları qadın sığınacaqlarına yerləşdirmək və onların problemləri ilə maraqlanmamaq nə dərəcədə doğrudur? BiG.Az-ın sualını cavablandıran "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, Xoşqədəm Hidayətqızının verlişinə çıxan qadınların bir çoxu yetkin yaşına çatanlardır: "Uşaq deyillər ki, deyək ki, dərk etmirlər. Aylarla gedib orada oturub, yalvarırlar ki, bizi efirə çıxarın. Ən azından o verlişlərə baxır prosesin necə olduğunu bilirlər. Təəssüf ki, qadınlarımız bu cür verlişləri məhkəmə hesab edirlər. Bu yanaşma şəxsin özünü problemidir. Verlişdə problem ictimailəşə bilər, həll edilə bilməz. Kiminsə axtarılması və tapılması əlbəttə müsbətdir. Verlişlərimiz insanlarımızın fikrində polis kimi formalaşmamalıdır. Nədənsə düşünürlər ki, verlişə çıxmaqla məhkəmə qərarı dəyişiləcək. Bütün bunların hüquqi prosesləri var. Nə Xoşqədəm, nə də Zaur qanundan kənara çıxa bilməz. Buna görə də əhalimizin bu verlişlər haqqında məlumatı artırılmalıdır. Özüm dəfələrlə şahidi olmuşam ki, efirə çıxmaq üçün yalvarırlar. Kiminsə üstünə məsuliyyəti atmaq düzgün deyil. Vəkilin yanına, məhkəməyə getmək əvəzinə verlişə üst tuturlar. Yalnışlıq insanlarımızın özündədir. Düzdür hansısa məmur öz işini görmürsə bəli problem ictimailəşdirilə bilər. Bəzən verlişə çıxarılan problemlər daha da gərginləşir. Bu da əlbəttə verlişə çıxanın verliş haqqında məlumatsızlığından irəli gəlir”.

"Bizi efirə çıxarıb reytinq yığandan sonra qadın sığınacağına göndərir" - Xoşqədəmdən NARAZILIQ


Deputat Fazil Mustafa qeyd edib ki, isanların probelmlərini televiziya verlişlərində dilə gətirməsi normaldı. “Ən azı dərdini deməklə problemlərinin həllinə nail olurlar. Bu verlişin aparıcıları hər kəsin arxasınca düşüb tapacaq deyillər. Bunun üçün müvafiq dövlət qurumları, hüquq-mühavizə orqanları var. Verlişlər vasitəsi ilə problemlər ictimailəşdirilir, dövlət qurumları da həll edir. Xarici dövlətlərdə də bu cür axtarış verlişləri mövcuddur. İnsanlarımız düşünməlidir ki, bir şəxsin axtarılması, gətirilməsi heç də havayı başa gəlmir. Bu yüksək miqdarda maliyyə tələb edir”.

"Bizi efirə çıxarıb reytinq yığandan sonra qadın sığınacağına göndərir" - Xoşqədəmdən NARAZILIQ


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov vurğulayıb ki, kiminsə tərəfindən hüquqlarının pozulduğunu düşünən insanlarımız yaşadığı ünvan üzrə hüquq mühafizə orqanlarına müraciət etsinlər. “Bundan əlavə qadınlarımız ailələri tərəfindən zorakılığa məruz qaldıqda verlişlərə üz tutmazdan əvvəl bizim qaynar xəttimizə yəni 102-yə zəng etsinlər. Hüquq mühafizə orqanları da mövcud problemi yerindəcə araşdırıb qanunla tədbir görəcəklər”.



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort