"Apple" şirkəti "iPhone"ların sürətinin zəiflədiyinə görə üzr istəyib

"Apple" şirkəti "iPhone"ların sürətinin zəiflədiyinə görə üzr istəyib


"Apple" şirkəti "iPhone" telefonlarının işləmə sürətinin azalmasına görə üzr istəyib.

Şirkət bu barədə öz internet səhifəsində üzrxahlıq edib. Bildirilib ki, şirkət heç bir məhsulunun çalışma müddətini və ya müştərilərin yeni məhsullar alması üçün cihazların sürətini azaldılmasını qəsdən etməz.

Qeyd edək ki, bir neçə gün əvvəl "iPhone 6" və "iPhone 7" telefonlarının işləndikcə sürətinin zəifləməsi barədə xəbərlər yayılıb.

"Apple" şirkəti də bunu etiraf edib.

Metbuat.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti