Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Alpinistlərin axtarışı sabah da davam etdiriləcək


Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından Azərtac-a məlumat verilib.

Bildirilib ki, bu gün aparılan axtarışlarda FHN-in Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib. Axtarışlar hələlik nəticə verməyib.

Axtarış işləri dekabrın 30-da da davam etdiriləcək.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti