Dəhşətli qətlin təfərrüatı: “Meyit yolun bir tərəfində, maşın isə...”

Dəhşətli qətlin təfərrüatı: “Meyit yolun bir tərəfində, maşın isə...”


Ağstafada öldürülərək yandırılan şəxsin qətlinin bəzi detalları məlum olub.

Rayonun Xətai kənd sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyev sözügedən kəndin sakini deyil:

“Şamirin meyiti kəndə gedən yolda, yandırılan maşın isə yolun digər istiqamətində tapılıb. Amma meyit yandırılmayıb. Hazırda hadisə olan ərazi hasarlanıb, hüquq-mühafizə orqanları işləyir. Bir-biri ilə əlaqəsi olmayan hadisələrdir”.

Xatırladaq ki, Ağstafa rayonunda qətl hadisəsi baş verib. Rayonun Xətai kəndində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

17.01.2018 / 09:00
 
Xəbər lenti