Avtobuslar gecə saat 1-ə qədər işləyəcək - Bayram günlərində

Avtobuslar gecə saat 1-ə qədər işləyəcək - Bayram günlərində


Bakı Nəqliyyat Agentliyi daşıyıcılara göstəriş verib.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, göstəriş bayram günlərində sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunmasıdır:

“Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib:

“BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti