4 yaşlı uşağın məhkəmədə dəhşətli ifadəsi: "O atam deyil, anamın qatilidir"

4 yaşlı uşağın məhkəmədə dəhşətli ifadəsi: "O atam deyil, anamın qatilidir"


Keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən 1982-ci il təvəllüdlü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ramil Şükürov özünü təqsirli bilib.

Ramil Şükürov qeyd edib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: "Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açıldığını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm, evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm, məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım, yenə məşğuldadır. Uşaqları qonşudan çıxanda gördüm. Onlara analarını tapmalarını dedim. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxt Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu evə getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığını soruşdum. Xəyalə dedi, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün arvadını bərk döyüb: "İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşuya getdim. Qızdan mənim telefonumla danışıb, danışmadığını soruşdum. Qız isə belə bir halın baş vermədiyini, mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım, onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi, qardaşı Ruslana zəng elədim. Ruslan evə gəldi. Məsələni ona nəql elədim. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə "Bakcell”ə getdik. Orda bizə dedilər, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, qaytarıb evə gətirəcək. İcazə verdim. 3-4 gün keçəndən sonra atasıgilə getdim. Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini dedi, bir də qapıya gəlməməyimi tapşırdı. Lakin mən Xəyalənin xəyanətini bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı. Öz-özlüyümə and içdim ki, Xəyaləni harada görsəm, öldürəcəm. Üstündən bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı”.

Keçmiş arvadını öldürən şəxs bildirib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib: "Həmin şəxs özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim elədi. Bildirdi ki, Xəyalə məni alimentlə bağlı məhkəməyə verib. Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində, pulum olsaydı da ödəmək fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətindən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim”.

R. Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: "Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağı götürdüm. Maşını sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına "qorxma, qələt edir” dedi. Mən də "düz deyirsən, məndən niyə qorxasan ki?” dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbə vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm. Heç bilmirdim, Xəyalə ölüb, ya yox...”

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin 3-cü sinifdə oxuyan qızı N.R ifadə verib.

Azyaşlı qız anasının tez-tez atası tərəfindən döyüldüyünü, qardaşı ilə özünün isə hədələndiyini deyib. Azyaşlı Ramin Şükürova ata demək istəmədiyini deyib: "Hadisə günü bu şəxs bizim evin yanına gəldi. Anamı döymək istəyirdi. Nənəm onun qolundan tutdu ki, anamı vurmasın. Birinci, nənəmi yerə yıxdı, ona təpik və yumruq vurmağa başladı. Birdən cibindən bıçaq çıxardı. Anama dəfələrlə zərbə endirdi".

Məhkəmədə mərhumun 4-cü sinifdə oxuyan oğlu T.R da ifadə verib. O da bacısı kimi hadisənin şahidi olub, anasının bıçaqlanmasını gözləri ilə görüb.

Azyaşlı suallara cavab verərkən təqsirləndirilən şəxsi tanıdığını, ancaq onu ata kimi qəbul etmədiyini deyib: "O, mənim heç nəyimdir. Anamın qatilidir".

R.Şükürov yerindən çıxış edərək, uşaqların onun əleyhinə ifadə verməsinin baba-nənələri tərəfindən öyrədildiyini deyib: "O qadın mənə xəyanət etmişdi, ona görə öldürmüşəm".

Azyaşlı uşaqlar isə R.Şükürovun yalan danışdığını, analarına şər atdığını deyiblər.

Qeyd edək ki, hadisə bu il Sumqayit şəhəri Corat qəsəbəsində baş verib. Ramin Şükürov keçmiş həyat yoldaşı Xəyalə Şükürovaya 17 bıçaq vuraraq onu qətlə yetirib.

Lent.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti