İtkin düşən polis tanınmış aparıcının qardaşıdır - Foto

İtkin düşən polis tanınmış aparıcının qardaşıdır - Foto


Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıblar və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***

10:10

Klubdan Teleqraf.com-a verilən məlumata görə, axtarışları davam edən alpinistlər Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

***

10:50

“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Onun polis leytenantı olduğu bildirilir./Report/

***

11:53

"Gilavar” - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu.

Bunu Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib.

O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə “Gilavar” - hava və ekstrim idman klubunun üzvləridir:

“Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəldir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər”.

Səfərə çıxa bilməyən alpinist Elman Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib:

“Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq”./Report/

***

12:29

"Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul idi.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, B.Hüseynov DİN-in nizamlı, intizamlı işçisidir:

“Babur Hüseynov çox savadlı polis leytenantıdır. Bir neçə dəfə yarışlara qatılıb, uğur əldə edib”.

***

İtkin düşən alpinistlərdən biri Hüseynov Babur Vaqif oğlu tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun qardaşıdır.

Teleaparıcı özü bu haqda sosial şəbəkədə yazıb:

"Qardaşım üçün etdiyiniz dualara görə, təşəkkür edirəm. Onu qucaqladığım anı canlı yayım edəcəm, özü də sizə təşəkkür edəcək. Ölməyəcək, mənim birdənəm, sağ qayıdacaq."

İtkin düşən polis tanınmış aparıcının qardaşıdır - Foto

İtkin düşən polis tanınmış aparıcının qardaşıdır - Foto
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort