Polisin 7 bıçaq zərbəsi vurduğu qadın sağdır - Açıqlama

Polisin 7 bıçaq zərbəsi vurduğu qadın sağdır - Açıqlama


Bərdə rayonunda polis əməkdaşının həyat yoldaşını öldürməyə cəhd etməsinin bəzi təfərrüatı məlum olub.

Rayonun Əliyarlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Anjela Məmmədova Bakıdan bu kəndə gəlin köçüb. İki övladı var, övladının biri xəstədir. Məhz bu üzdən əri Sevindik Məmmədovla aralarında bəzən mübahisələr düşürmüş. Düzü, belə mübahisələrin olmasına baxmayaraq, ailə haqqında kənar söhbətlər dolaşmayıb. Biz münaqisənin qısqanclıq zəminində yarandığını eşitdik. Sevindik Anjelanın başqa kişi ilə telefon danışığını eşidib. Anjela yataq otağında sakitcə kimləsə telefonla danışırmış. Sevindik bunu eşidəndən sonra ondan danışdığı şəxsin kimliyini soruşanda arvadı ona kobud cavab verib. Bu da Sevindiyin xoşuna gəlməyib. əsəbləri tarıma çəkilən ər arvadının bu hərəkətinə görə ona 7 bıçaq zərbəsi vurub”.

Kənd sakinləri deyirlər ki, Anjela aldığı bıçaq zərbələrindən ölməyib: “Hazırda xəstəxanadadır. Vəziyyəti ağır olsa da həyati təhlükəsi yoxdur. Özünə gəlib və ilkin ifadəsini verib”.

Qeyd edək ki, Bərdə rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib. Əliyanlı kənd sakini 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti