“Alpinistlər ən təhlükəli marşrutla gedib” - Açıqlama

“Alpinistlər ən təhlükəli marşrutla gedib” - Açıqlama


“Mən yay aylarında həmin marşrut üzrə hərəkət etmişəm. Qışda həmin marşrutu getmək məqsədəuyğun deyil”


Bunu “Qafqazinfo” ya açıqlamasında təcrübəli alpinist Firuz Dadaşov həmkarlarının itkin düşməsindən danışarkən deyib. O bildirib ki, həmin marşrut xətti onların təcrübəsinə uyğun deyildi: “Fəridə Cəbrayılzadənin dağlarda ümumiyyətlə təcrübəsi azdır. O cümlədən Babur Hüseynovun da. Aralarında Namin Bünyatov onlardan təcrübəlidir. Həmin istiqamətdə 3 zirvə var. Ən hündürü “Tufan” zirvəsidir. Məsləhətçilərinin dediyinə görə, ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət ediblər. Qışda ora gedən adam diqqətli olmalıdır. Birinci təhlükə qar uçqunun olmasıdır. Sonra o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa o buzla getmək çətindir. Donvurma da ola bilər. Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir.

Mən indi xaricdəyəm. Əgər orda olsaydım, axtarışlarda iştirak edərdim. Çünki o marşrutu yaxşı bilirəm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi

21.10.2018 / 15:30
 
Xəbər lenti
             
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                             
ankara escort