Polis arvadını niyə bıçaqladı? - Yataq otağında başqa kişi ilə tutub və... - TƏFƏRRÜAT

Polis arvadını niyə bıçaqladı? - Yataq otağında başqa kişi ilə tutub və... - TƏFƏRRÜAT


Bərdə rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.


Hadisə rayonun Əliyanlı kəndində baş verib.

Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib. İlkin məlumatlara görə, S.Məmmədova qısqanclıq zəminində A.Məmmədovanı qətlə yetirmək istəyib. Bir neçə bıçaq yarası alan qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

S.Məmmədov hadisəni törədəndən sonra könüllü şəkildə polisə təslim olub.

Qeyd edək ki, S.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin 8-ci tağımının inspektorudur.

***

Bərdə rayonunda polis əməkdaşının həyat yoldaşını öldürməyə cəhd etməsinin yeni təfərrüatı məlum olub.

Bərdə rayonunda Anjela Məmmədovanı yataq otağında bıçaqlayan Sevindik Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqa ifadə verən Sevindik Məmmədov törətdiyi əməli etiraf edib. O bildirib ki, cinayəti qisqanclıq zəminində törədib.

Dekbarın 26-da, axşam saatlarında işdən evə gələn Sevindik Məmmədov arvadının gözünə dəymədiyini görüb. O, sakitcə yataq otağına keçib və arvadının asta səslə telefonda kiminləsə danışdığını eşidib. Arvadının danışığına qulaq asan Sevindik Məmmədov onun başqa bir kişi ilə münasibət saxladığını öyrənib.

Bu zaman Sevindik Məmmədov mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına gəlib. Yataq otağına daxil olan zaman Anjela telefonu söndürüb.

Sevindik Məmmədov arvadından kiminlə danışdığını soruşub və bu zaman Anjela ərinə kobud cavab verib.

Anjelanın hərəkətlərindən əsəbləşən Sevindik Məmmədov ona 12 bıçaq zərbəsi vurub. Qadının yerə yıxıldığını görən Sevindik onun öldüyünü düşünüb. Sonra polis şöbəsinə gələn Sevindik Məmmədov arvadını öldürdüyünü bildirib və cinayəti törətdiyi bıçağı da polislərə təhvil verib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

mənbə: teleqraf.com
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort