FHN alpinistlərlə bağlı açıqlama yaydı

FHN alpinistlərlə bağlı açıqlama yaydı


Fövqəladə Hallar Nazirliyi yoxa çıxan alpinistlərlə bağlı axtarışlara başlayıb.


Gecce.az xəbər verir ki, açıqlamaya görə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlamışdır.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti