Maşın qaçırdı, qəzaya düşdü

Maşın qaçırdı, qəzaya düşdü


Tovuz rayonunun Aşağı Quşçu kəndi sakini Sakit Yusifova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Gecce.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, araşdırmalarla avtomobili qaçıran şəxsin Əli Hüseynov olduğu müəyyən edilib.

Həmin avtomobilin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, “Hyundai” markalı avtomobillə toqquşması aşkar edilib.

Hadisə yerindən qaçmağa cəhd göstərən şəxs sərxoş vəziyyətdə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla əlaqədar Tovuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti