Ana ilə oğlunu maşın vurdu - Uşaq öldü

Ana ilə oğlunu maşın vurdu - Uşaq öldü


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gecce.az DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi qeydə alınıb.

Qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

17.01.2018 / 13:06
 
Xəbər lenti