Fikrət Qocanın oğlunun qatillərinə hökm oxundu

Fikrət Qocanın oğlunun qatillərinə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gecce.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

E.Nəhmədov 5 il, R.Məmmədovun 2,5 il, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edil Hökmümə əsasən, E.Nehmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Nəhmədovun 19 il, R.Məmmədovun 4 il, P.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort