Öldürülən bərbərin salonu qarət edildi - Mingəçevirdə

Öldürülən bərbərin salonu qarət edildi - Mingəçevirdə


Mingəçevir şəhərində 2 ay əvvəl qətlə yetirilən bərbərin işlədiyi salon qarət edilib.

Gecce.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.

Belə ki, həmin küçədəki binanın birinci mərtəbəsində yerləşən “Xəmsə” çay evi və daha iki kişi bərbər salonu naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib. Oğrular obyektlərdən kompütürlər, televizorlar, bərbər vasitələri və digər məişət avadanlıqları aparıblar. Daha sonra oğurluq edən şəxs və ya şəxslər yaxınlıqda yerləşən “Damla” mağazasına da girməyə çalışıblar, amma niyyətləri baş tutmayıb.

Qeyd edək ki, qarət olunan bərbər salonlarından birinin sahibi, bərbər Pərviz Məmmədov oktyabr ayının 22-də qətlə yetirilib. P.Məmmədovun çalışdığı salonun qapılarına istintaqın gedişi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən möhür vurulub.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

17.01.2018 / 13:06
 
Xəbər lenti