Bakının məşhur geyim mağazasında biabırçılıq – foto

Bakının məşhur geyim mağazasında biabırçılıq – foto


“Gənclik mall” ticarət mərkəzində yerləşən “Stradivarius” geyim mağazasında divara vurulan elan diqqət çəkib.

Hərf səhvləri ilə dolu olan lövhəni keçmiş müğənni Mehin Hümbətova sosial şəbəkədə paylaşıb və bunları qeyd edib:

“Mağazada geyim otağının qarşısındakı bu tablo ilə qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir ortayaşlı qadının menecerlə bu haqda danışdığının şahidi oldum. Bütün işçilər heç nə olmamış kimi sakit reaksiya verdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o elanı dəyişəcəklərini söylədilər.

Onu oradan çıxarmaq bu qədərmi çətindir? Dilimizi təhqir olunmuş formada gözümüzə soxursunuz. Heç dilinizə, milli dəyərlərinizə hörmət etmirsiniz? Axı siz də bu millətin balalarısınız. Bu məsələyə necə biganə qalırsınız? Onsuz da sovet dövründən dilimizdən qopmaq bilməyən yarım-yapalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş kəlmələrlə lövhələr böyüdüb mall-lardan asırsızın. Nə yaxşı ki, turistlər başa düşmürlər”.

Bakının məşhur geyim mağazasında biabırçılıq – foto

Bakının məşhur geyim mağazasında biabırçılıq – foto


Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort