Ögey qardaşı ilə münasibətindən şübhələndi, arvadının başını kəsdi » Gecce.Az Xəbər Portalı
Ögey qardaşı ilə münasibətindən şübhələndi, arvadının başını kəsdi

Ögey qardaşı ilə münasibətindən şübhələndi, arvadının başını kəsdi


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun icraatında olan prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən Murad Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il mayın 22-də Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya balta ilə 5 dəfə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gedərək, istintaqa təslim olub. Murad Ələsgərov həyat yoldaşının ögey qardaşı Şeyda Ələsgərovla aralarında intim münasibətləri olmasından şübhələndiyini deyib.

Murad Ələsgərov ittiham üzrə özünü qismən təqsirli bilib:

“Ulduzla 2009-cu ildə ailə qurmuşuq. 3 övladımız var. Evləndiyimiz gündən bəri heç bir problemimiz olmayıb. Təxminən 1 il bundan qabaq Rusiyada yaşayan ögey qardaşım Şeyda deportasiya olunub rayona qayıtdı və bizimlə birgə yaşamağa başladı. Şeyda bizimlə qalandan sonra onunla münasibətim pis idi. Bir də qayınatamın ünvanına ağır söz işlətdiyi üçün onunla dalaşmışdım. Birlikdə yaşadığımız müddətdən sonra həyat yoldaşımın Şeyda ilə isti münasibətlərini sezdim, aralarında intim münasibətin olmasından şübhələndim. Başladım onları izləməyə. Onlar bunu başa düşüb, nəzərəçarpan hərəkətlər etmirdilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə evin arxasındakı samanlıqda gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən 10 dəqiqədən sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb, tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb özünü itirdi, geri dönüb küçəyə tərəf getdi. Sonra bir gün günorta işləmək adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə, başqa yoldan fırlanıb, qonşunun bağına keçib, ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə də Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm ki, Şeyda eyvandadır, Ulduz isə halsız halda taxtın üstündə uzanıb”.

mənbə: yenicag.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort