Bakıda bayram yarmarkalarının sayı artırıldı

Bakıda bayram yarmarkalarının sayı artırıldı


Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarının sayı artırılıb.

Gecce.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, həmin yarmarkaların sayı 10-a çatıb: “Yarmarkalar əsasən, Yasamal, Nəsimi, Səbail, Nizami, Nərimanov rayonları ərazisində olacaq. Hazırda 10 yerdə yarmarka çadırları quraşdırılıb. Yaxın günlərdə daha 5 yerdə yarmarka çadırı qurulacaq. Yarmarkalar əsasən, metro stansiyalarının qarşısında qurulur”.

Xatırladaq ki, ötən həftə Bakıda 6 bayram yarmarkası fəaliyyətə başlayıb. Həmin yarmarkalar metronun “Elmlər Akademiyası”, “28 May”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Neftçilər” və “İnşaatçılar” stansiyalarının qarşısında qurulub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort