"Həyat yoldaşımı vuran sürücü qarşı yola çıxıb, avtobusu sənədsiz idarə edib"

"Həyat yoldaşımı vuran sürücü qarşı yola çıxıb, avtobusu sənədsiz idarə edib"


Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.


44 yaşlı Təranə Məhəmməd qızı Babaşova 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobus tərəfindən vurulub.

Mərhumun həyat yoldaşı Müzəffər İsmayılov hadisəylə bağlı azxeber.com-a müsahibə verib.

- Mümkünsə, ilk olaraq baş verən hadisəylə bağlı məlumat verərdiz...


- Qəza sentyabrın 27-də baş verib və həmin gündən həyat yoldaşım Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib. Həyat yoldaşım "8-ci kilometr" bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus onu vurub. Həmin sürücü o yola "protiv" çıxıb və onun üzərində heç bir sənəd olmayıb.

- Hadisədən sonra sürücü və ya avtobus xəttinin sahibi sizinlə əlaqə saxlayıb?


- Hadisədən sonra sürücü Eyvazov Bəhruz Yusifoğlu saxlanılıb. Onun atası bir dəfə gəldi yanıma və mənə dedi ki, imkanımız yoxdur, nə istəyirsiz edin. Mən də ona dedim ki, məhkəmədə görüşərik. Ancaq 64 saylı avtobus xəttinin rəhbərliyindən və Bakı Nəqliyyat Agentliyindən heç kim bizimlə maraqlanmadı. Bizim də maddi vəziyyətimiz yaxşı deyil.

- Mərhumun övladı var idi?


- Bəli, bizim bir qızımız var idi. Onun 10 yaşı var.

- Qəzanın görüntülərini izləmisiz? Bəlkə avtobus sürücüsü günahsız olub?

- Bəli, həmin görüntüləri izləmişəm. Bayaq dediyim kimi, o qarşı yola çıxıb və mənim yoldaşım o tərəfdən nəqliyyat vasitəsi gəlməyəciyini bildiyi üçün digər tərəfə baxıb. Həm də o sürücünün üstündə heç bir vəsiqə olmayıb. Mən anlamıram ki, sürücülük vəsiqəsi olmayan adam necə avtobus sürə bilər?
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort