“Meyitləri yataq otağının altında üzü qibləyə tərəf düzüb...”

“Meyitləri yataq otağının altında üzü qibləyə tərəf düzüb...”


Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.

Gecce.az virtualaz.org-a istinadən xəbər verir ki, qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

Məlum olub ki, manyak-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti