Sabirabadda toyda kütləvi dava - Yaralananlar var

Sabirabadda toyda kütləvi dava - Yaralananlar var


Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Gecce.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti