Şirkət nümayəndəsinə 4 il həbs verildi

Şirkət nümayəndəsinə 4 il həbs verildi
[center]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini Fuad Əfəndiyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

"Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması məlum olub. İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı aşkarlanıb.

Qeyd edək ki, Böyük Britaniyaya məxsus “АМЕС Services Ltd şirkəti” 2001-ci ilin may ayından 2015-ci ilin dekabr ayınadək Azərbaycan ərazisində mühəndis texniki layihələndirmə , texniki xidmət, modifikasiya, dizayn sahələrində xidmət göstərib. Şirkət Azəri-Çıraq-Günəşli neft və “Şah Dəniz” qaz yatağının istismarı ilə məşgul olan ABƏŞ, BP (Caspian Sea), BP (Şah-Dəniz) şirkətlərinin subpodratçısı olub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti