Bir ailənin 5 üzvü qəzada öldü

Bir ailənin 5 üzvü qəzada öldü


Dünən axşam saatlarında Qaradağ rayonunda qəza zamanı vəfat edən 5 nəfər bir ailənin üzvləri olub.

Gecce.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti