Bu yolda hrəkət bərpa olundu

Bu yolda hrəkət bərpa olundu


Binəqədi şossesində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.


Gecce.az “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, şossedə tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb.

Bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.

Qeyd edək ki, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti