“Bomj”u evə gətirdi, döyərək öldürdü

“Bomj”u evə gətirdi, döyərək öldürdü


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evinə gətirdiyi “bomj”u döyərək öldürməkdə təqsirləndirilən Malik Həsənovun məhkəməsi keçirilib.


Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə M.Həsənov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, qətlə yetirdiyi 1951-ci il təvəllüdlü Zakir Səlimov tüfeyli həyat tərzi sürürmüş: “Küçədə görəndə salamlaşırdıq, sonra dostlaşdıq, evə dəvət etdim. Həmin gün də bizdə çimdi, ona paltar verdim. Sonra birlikdə içdik, yatanda Zakir yatağı batırdı. Buna görə aramızda mübahisə düşdü, onu qovdum, amma getmədi. Polisə xəbər verdim, yenə də getmədi, onu döydüm. Gördüm evdən çıxmır, özüm polis bölməsinə gedib məlumat verdim. Evə qayıdanda hələ sağ idi, sonra öldü”.

Proses noyabrın 28-də davam etdiriləcək.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti