“Natiq bu yaxınlarda ata olacaqdı...”

“Natiq bu yaxınlarda ata olacaqdı...”


"Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib".

Bu sözləri tanınmış diktor Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı yazıb.

O, Natiqin bu yaxınlarda ata olacağını qeyd edib:

"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı".

Qeyd edək ki, N. Qədimov 41 yaşında infarkdan vəfat edib.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti