Ruh bədəndən ayrılır, özünü izləyir

Ruh bədəndən ayrılır, özünü izləyir


"Məndə də belə olub", deyirsinizsə...

Ruhunuz bədənininzdən ayrılır, hər şeyi kənardan hiss edirsiniz. Bəlkə də siz Depersonalizasiya xəstəsisiniz. Bu, indiyə kimi heç vaxt adını eşitmədiyini, ancaq simptomları ilə tanış olduqda "eyni şeylər məndə də olub" dediyiniz xəstəlik ola bilər. İstiPress bu psixoloji xəstəliyin əlamətləri ilə oxucularını tanış edir.

Bu xəstəlik insanların gerçəklik hissini pozur. Yəni insan özünü bədənindən ayrı düşən ruh kimi hiss edir. Yuxu ilə reallığı bir-birindən ayırmağa çətinlik çəkir.

Belə insanlar qarşılarındakıları sevməkdə, ya da bənzər duyğular hiss etməkdə çətinlik çəkirlər.

Depersonalizasiya əslində çox da nadir bir xəstəlik deyil. Hər 100 nəfərdən birində müşahidə olunur. Ancaq insanlar hiss etdiklərini izah etməkdə çətinlik çəkdikləri üçün onlara diaqnoz qoymaq çətin olur. Xəstəlikdən qurtulmağın yeganə yolu dəqiq diaqnoz ilə terapiyadır.

Xəstəliyin səbəbi isə adətən streslə bağlı olur. Beyin ağır stresdən sonra özünü qorumaq istəyir, bunun üçün də özünü reallıqlardan uzaqlaşdırır. Yəni zehnimiz bu stres, qayğıları, kədəri özümüzə aid kimi deyil, başqasının dərdi kimi qəbul edir. Nəticədə bədən ilə ruh arasında əlaqə itir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti