29 yaşlı gəncin intiharının təfərrüatı - “Telefon düzəltdirməyə getdi, sonra isə...”

29 yaşlı gəncin intiharının təfərrüatı - “Telefon düzəltdirməyə getdi, sonra isə...”


Astara rayonunda 29 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub.


Şümrud kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Vasif Musayev özünü yaşadığı evin həyətində asıb:

“Vasif ailəlidir, 3 uşaq atasıdır. Həmin günü Lənkərana gedib. Telefonu xarab idi, gedib ustaya ki, onu düzətdirsin. Oradan qayıdandan sonra isə özünü asıb. Özü də yaşadığı evdən 60 metr aralıda olan bir ağacdan. Həmin vaxt uşaqları evdə olmayıb. Vasifin səhhətində heç bir problem yox idi. Özü də çox kasıb adam idi”.

Qeyd edək ki, Astara rayonunda intihar hadisəsi baş verib. Rayonun Şümrüd kəndi sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti