Alimlərdən xəbərdarlıq - Güclü zəlzələlərin sayı artacaq

Alimlərdən xəbərdarlıq - Güclü zəlzələlərin sayı artacaq


ABŞ Geoloji cəmiyyətinin illik yekununda alimlər 2018-ci ildə güclü zəlzələrin sayının artacağını bildiriblər.

Bu barədə “The Guardian” məlumat yayıb.

Seysmoloqlar bildirir ki, seysmik aktivliyin artmasına Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin azalaması təsir göstərir. Bununla belə alimlər tam dəqiq əlaqəni izah edə bilmirlər.

Bu nəticəyə Kolorado və Montana Universitetinin alimləri XX əsrdə baş verən zəlzələlərin öyrənilməsindən sonra gəliblər. Ekspertlər müəyyənləşdiriblər ki, planetin fırlanmasının zəifləməsi dövründə güclü zəlzələlərin sayı təxminən iki dəfə artırıb.

Alimlər bildiriblər ki, gələn il 7 baldan yuxarı gücüdə 20 zəlzələ baş verə bilər. Yeraltı təkanlar dan daha çox bir milyarda yaxın insanın yaşadığı tropik bölgələr zərər görəcək.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti