Bürclərin ən çox QISQANILAN cəhətləri

Bürclərin ən çox QISQANILAN cəhətləri


Heç birimiz etiraf edə bilməsək də, həyatda zaman-zaman qısqandığımız, həsəd apardığımız, hətta paxıllığını belə çəkdiyimiz insanlar olub. Əlbəttə bu, bizim üçün də keçərlidir. Biz də kimlər üçünsə ideal ola bilərik. Astrologiya elmi bunu psixoloji deyil, birbaşa hansı bürc altında dünyaya gəlmənizlə əlaqələndirir.

Publika.az sizi bürcünüzün ən güclü xasiyyəti və sizi ətraf üçün ideal edən cəhətləriniz haqqında maraqlı faktlarla tədqim edir:

Qoç
Kişi və qadın qoçlar güclü və sağlam bir şəxsiyyətə sahibdirlər.
Qoç bürcü altında dünyaya gələn insanların daxilində böyük məqsədlər, zirvəyə çatmaq həvəsi olur. İnadkar və əzmkar olurlar. Bu səbəbdən də liderlərin əksəriyyəti qoç bürcü altında dünyaya gəlib. Qoçlar hər zaman cəsarətləri sayəsində mümkünsüz işlərin belə öhdəsindən gələ bilirlər. Qoçların içindəki alov onları macəraçı, lider, cəsur, dinamik, səbrsiz etdiyi üçün bu xüsusiyyətlər Qoçda ən çox həsəd aparılan xüsusiyyətlərdir. Dini inancları isə çox zaman neytral olur.

Buğa

Buğa bürcü altında doğulan insanlar eynilə buğanın ən güclü xarakterlərinə sahibdirlər. Mənəvi cəhətdən çox güclü insan olurlar.
Ancaq buğaların sərt görünüşü sizi aldatmasın. Qəddar olmurlar. Ədalətli insanlar olurlar. Buğalar eyni zamanda, çox zərif, incə, səmimi və həssas ola bilirlər. Onların qərarlı və əzmli olmaları isə ən diqqətçəkici xüsusiyyətləridir. Məqsədlərindən asan vaz keçməzlər. Arzuladıqları hədəf üçün dayanmadan irəli gedirlər. Zəhmətkeş olurlar. Onların belə iradəli və əzmli halları ətrafındakı insanları onları qısqanmağa vadar edir.

Əkizlər

İkili təbiətləri və qərarsız olmaları onları xarakterizə edən əsas xüsusiyyətdir.
Bəlkə də bunun sayəsində əkizlər bürcü altında dünyaya gələn insanlar bütün problemlərə ikitərəfli baxaraq obyektiv qərar verməkdə çətinlik çəkmirlər. Əkizlər üçün hissləri onlara verilmiş çox özəl bir hədiyyədir. Gözəl və təsirli danışıqları ilə əkizlər çox yaxşı münasibət qurur və populyar insanlar olurlar. Maraqlı, çox danışan və enerjilidirlər və bu onların ən çox qısqanılan xüsusiyyətləridir.

Xərçəng

Duyğusal yönləri ilə bilinən xərçəng bürcləri həqiqi hisslərini əslində sərt qabıqları altında gizlədirlər.
Olduqca həssas və yumşaq xarakterli insanlardır. Bürclər arasında ən güclü yumor hissinə sahib olan məhz xərçənglərdir. Xərçəng bürcləri kobudluğu sevmir. Sevdikləri insanları əyləndirməkdən zövq alırlar. Qarşılıqsız sevgi onların başının bəlasıdır. Bu canayaxın və hər kəs tərəfindən sevilən xüsusiyyətləri ən qısqanılan və gözəbatan xüsusiyyətləridir.

Şir bürcü

Şir hər zaman tərif sevən olur. Bu bürcün nümayəndələri sevilmək və heyran olunmaq arzusu ilə yanıb-tutuşur. Küsəyən olsalar da, cana yaxın ruhludurlar.
Olduqca ehtiraslıdırlar. Hansı sahədə olmalarından asılı olmayaraq mütləq zirvə arzusundadırlar. Hər zaman diqqət mərkəzində qalmağı bacarırlar. Xüsusilə onları sevən, həsəd aparan insanları gördükdə onların yanında daha çox qalıb motivasiya almağı sevirlər. İnadkarlıqları onların ən çox qısqanılan xüsusiyyətlərindəndir.

Qız

Qız bürcü altında doğulmusuzsa siz, olduqca intellektual insansız. Şəxsi həyatınızda qərar qəbul etməkdə nə qədər qərarsızsınızsa, kariyera mövzusunda da bir o qədər doğru və düzgün qərarlar verə bilirsiz.
Cəmiyyət arasında istənilən xarakterli insanlarla münasibət qura bilirlər. Mülayim və gülərüz xasiyyətli olmaları insanlarda onlara qarşı maqnit effekti yaradır. Bürclər arasında bu xüsusiyyətlərinə görə, liderdirlər. Diqqətli və məsuliyyətlidirlər. Məntiqli, güvənilən, kömək sevər və seçici bu bürcün üzvləri mükəmməl olmaları səbəbilə incə-incə və sevərək qurduğu həyatları ilə digərlərinin qısqanclığına səbəb olurlar.

Tərəzi

İşıq sürətinə bərabər aktiv insanlar olurlar. Tərəzilər, çətin anlarda belə həyatda tarazlığı bərpa edə bilirlər. Hər iki tərəfdə balans yarada bilirlər. Harmonik təbiətə malikdirlər.
Bəzən pessimist, bəzən də inanılmaz dərəcədə optimist ola bilirlər. Həm xoşbəxt, həm də düşüncəli olmaqla iki fərqli tərəfləri vardır. Həsəd aparılan cəhətləri içərisində dostcanlı, sevimli, əyləncəli və yaxşı həmsöhbət olmaları daha çox məşhurdur. İnsanlara sözün yaxşı mənasında təsir edə bilmələri isə onların xüsusi özəlliklərindəndir.

Əqrəb

Astroloqlar əqrəbləri iki yerə bölür- sancan əqrəblər, sülhsevən əqrəblər.
Ərqəb bürcləri spritual, intellektual bir struktura malikdir. Manipulyativ bir tərəfləri olsa da, olduqca kəskin gözlü, qərarlı və ehtirasları ilə istədikləri hər şeyi əldə edə bilərlər. Lakin bəzən iki əqrəb yola gedə bilmir. Bunun səbəbi onlardan birinin müharibə ruhlu, digərinin isə barışıq ruhlu olmasıdır. Ən qısqanılan tərəfləri fərasətli olmalarıdır.

Oxatan

Oxatanlar müsbət enerji ötürməkdə ən mükəmməl yolları seçirlər. Bu, onların optimist tərəflərindən biridir. Oxatan bürcləri hadisələrin pozitiv tərəflərini görə bilmələri ilə tanınır.
Tənqidə qətiyyən açıq deyillər. Dürüst olsalar da, səhv etdiklərini qəbul edə bilmirlər. Aktiv oxtanlar idman və fiziki fəaliyyəti sevir. Bu səbəbdən həm sağlam bir görünüşə sahibdirlər, həm də gözəl və mehriban ürəyə. Bu xüsusiyyətlər onları qısqananların sayını təbii ki, artırır.

Oğlaq

Eqoist olurlar. Məqsədlərini çatmaq üçün hər kəsi tapdalaya bilərlər.
Oğlaq bürcləri özlərini cəmiyyət içində daha yüksək bir yerə qoyur və güclü hesab edir. Özündən çox əmin olduqları üçün ətrafındakıların sözləri ilə əsla motivasiyalarını itirməzlər. Hədəfləri hər şeydən önəmlidir. Çalışqan və əzmli strukturu ilə özlərinə qurduqları həyata başqaları həsəd aparır.

Dolça

Dolça bürcləri həssas olmaları ilə seçilirlər.
Onların sanki ayrı xəyal dünyası var. Kənardan dünyadan təcrid olunmuş kimi görünsələr də, yalnızlıq hissi onlara yaddır. Eynilə sənətçilər kimi onlar da diqqətdə olmağı sevirlər. Dostcanlı olurlar. Ağıllı və siyasətcil xarakterləri daha üstündür. Din ilə bağlılıqları ruhlarını təmizləmələri onları qəribə bir insan kimi göstərir. Bu da ətrafda onlara meylləri artırır.

Balıqlar

Balıqlar bürcü altında doğulan insanlar olduqca yaradıcı beyinə sahib olurlar. Hər mövzuda sizə maraqlı məsləhətlər verə bilərlər.
Diqqət etsəniz, çətin anlarınızda ilk ağlınıza gələn, məsləhətinə ehtiyac duyduğunuz şəxs bəlkə də balıq bürcündəndir. İdealist, yaradıcı tərəfləri ilə çox gözəl insan olurlar. Bu əsrarəngiz xüsusiyyətləri insanlarda onlara qarşı paxıllıq, qısqanclıq yaradır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti