“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası

“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası


Bakı Ağır Cinayətlər Məhkəməsində toyda butulka ilə tanışının boğazını kəsərək onu öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə Ramikin anası ifadə verərək deyib ki, içkili vəziyyətdə olan oğlu toy gecəsi ağlayaraq evə gəlib və “ana bilərəkdən eləmədim. Dua edirəm ki, İlqara heç nə olmasın” deyib: “Nə olduğunu soruşdum, dedi İlqar onu söyərək namusuna toxunub, o da vurub. Ramik təslim olmaq üçün bölməyə getməyə hazırlaşırdı, elə həmin vaxt polislər gəldi”.

İ.Uluqbəyovun dayısı oğlu və toy sahibi Rahil Məlikov deyib ki, 130 qonaq üçün 250 araq alıb. R.Aydəbəyovun həyat yoldaşı Svetlana deyib ki, İlqarla əri arasında mübahisə pula görə olub: “İlqar ona deyib ki, pulun yoxdusa, o biri şey də yoxdur demək”.

İttihama görə, Qusar rayonunun Xuray kəndində toy zamanı 35 yaşlı R.Aydabəyov 46 yaşlı İ.Ulubəyovla yeyib-içdikdən sonra mübahisə zamanı masanın üzərindəki butulkanı sındırıb qırıntıları ilə onun boyun və baş nahiyəsinə xəsarət yetirib. Damarı kəsilən İ.Ulubəyov çoxlu qanitirmədən ölüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti