Doğuşdan sonra komaya düşən qadının vəziyyəti necədir?

Doğuşdan sonra komaya düşən qadının vəziyyəti necədir?


Masazır sakini Aytac Tapdıqova ağır vəziyyətdə Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Gecce.az aznews.az -a istinadən xəbər verir ki, 34 həftəlik hamilə olan qadın Abşeron rayon Mərkəzi Xəstəxanasına gətiriləndə bətnindəki döl ölmüş olub.

Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub ki, Aytac Tapdıqovanın hamiləliyi əkiz uşaq olmayıb:

"Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 34 həftəlik hamilə olub. O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Xəstənin müayinəsi nəticəsində məlum olub ki, ananın bətnindəki döl ölüb. Hazırda koma vəziyyətində olan Aytac Tapdıqovanın vəziyyəti ağırdır, o, süni ventilyasiya aparatındadır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti