"YouTube"dan gözlənilən yenilik gəlir

"YouTube"dan gözlənilən yenilik gəlir


"YouTube" istifadəçiləri video izləyərkən qarşıya çıxan reklam linklərini ləğv edəcək.

Gecce.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət həmin linklərə marağın az olduğunu nəzərə alaraq, funksiyanı 14 dekabrda ləğv edəcəyini açıqlayıb.

Açıqlamada qeyd edilib ki, bu funksiyanın olmaması ciddi problem yaratmayacaq. Şirkət hesab edir ki, videonun sonunda tövsiyə edilən linklər daha təsirli rol oynayır.

Beləliklə, 14 dekabrdan etibarən videoları başdan sona qədər reklam linkləri çıxmadan izləmək mümkün olacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti