“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir

“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir


“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir.

Indi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys göstərəcək.

İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.

Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulub. Birincisi, fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, bundan başqa, səsyazma zamanı mesajlar çap etmək və başqa çatlara keçmək mümkün olmayacaq; bu, səs yazısının avtomatik silinməsinə gətirib çıxaracaq.

“Qafqazinfo”

“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti