Bu maddələrin çatışmazlığı QICOLMALARA səbəb olur

Bu maddələrin çatışmazlığı QICOLMALARA səbəb olur


Qıcolmalarla insanların əkəriyyəti üzləşir. Qıcolma zamanı əzələ qəfildən bərkiyir, əzələnin qan dövranı kəskin pozulur ki, bu da güclü ağrıya səbəb olur.

Bu hal əsasən baldır, bəzən bud, pəncə əzələlərində baş verir.
Qıcolmalar tam sağlam insanlarda da ola bilər. Bunun səbəbi adətən əzələlərin həddindən artıq gərginləşməsi olur. Lakin qıcolmalar tez-tez təkrarlanırsa, bunu normal hal kimi qiymətləndirmək olmaz. Qıcolmaların əsas səbəbləri arasında orqanizmdə kalium, kalsium, maqnezium kimi vacib mineralların çatışmazlığı ola bilər.
Bu minerallar əzələlərin normal yığılması proseslərində iştirak edir və bu səbəbdən onların çatışmazlığı qıcolmalara səbəb olur.
Mineralların çatışmazlığının səbəbləri arasında:
- bəzi dərman preparatlarının qəbulu (sidikqovucu, antasid, absorbent preparatları)
- şəkərli diabet (sidik ifrazının artmasına görə)
- xroniki ishal
- xroniki stress. Stress zamanı kortizol hormonunun ifrazı artır. Bunun yanaşı effektləri arasında kalsiumun sovrulmasının pozulması və onun ifrazının artmasıdır.
- hamiləlik. Hamiləlik zamanı qadın orqanizmində kalsium və maqneziuma olan ehtiyac artır.
- güclü tərləmə bəzi mineralların orqanizmdən daha sürətlə çıxmasına səbəb olur.
- D vitamininin çatışmazlığı. D vitamini kalsiumun mənimsənilməsində iştirak edir. D vitamininin defisiti kalsiumun çatışmazlığına səbəb olur.
Beləliklə, qıcolmalar sizi tez-tez narahat edirsə, həkimə müraciət edin və lazım olan müayinə və analizlərdən keçin.


Saglamolun.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti