Şamaxıda qadını öldürüb su quyusuna atdılar

Şamaxıda qadını öldürüb su quyusuna atdılar


Şamaxı rayonunda qətl hadisəsi baş verib.


Gecce.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb

Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.

Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələlik məlum deyil. Araşdırma zamanı yalnız məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti