Borcu var, intihara cəhd etdi

Borcu var, intihara cəhd etdi


Bakıda naməlum kişi intihara cəhd edib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında 45-50 yaşlarında kişi beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə gələn polis əməkdaşları cəhdin qarşısını alıblar.

Özünü binadan atmaq istəyən kişinin qollarını da kəsdiyi məlum olub. İlkin məlumata görə, o, borcu olduğu üçün canına qəsd etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti