28 yaşlı Nazimi arvadı, baldızı və qaynanası öldürüb: "Üçünün də üstü qan içində idi"

28 yaşlı Nazimi arvadı, baldızı və qaynanası öldürüb: "Üçünün də üstü qan içində idi"


Bakıda baş verən dəhşətli qətl hadisəsinin qorxunc təfərrüatları ortaya çıxıb.


BiG.AZ xəbər verir ki, Space TV-də yayımlanan "Hadisə harada, Tahirə orada" verilişinin çəkiliş komandası həyat yoldaşı tərəfindən qətlə yetirilən Vəliyev Nazim Fəxrəddin oğlunun evində olub. Qətlə yetirilən şəxsin ailə üzvləri maraqlı açıqlamalar verib.

Xatırladaq ki, Sabunçu qəsəbəsi Əbdülkərim Əlizadə küçəsində həyat yoldaşı Vəliyev Nazim Fəxrəddin oğlunu öldürən Vəliyeva Tünzalə Elşad qızının 23 yaşı var.

Bildirilir ki, 1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.

Dünən gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 23 yaşlı qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.

Hadisə vaxtı Tünzalənən bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qızın qolu sınıb.

Faktla bağlı cinayət işi açılıb, Tünzalə Vəliyeva tutulub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti